Ekran Ölçüsünün qurulması
Şəkil
Nisbət
İstifadəçi Seçimi
Baxdığınız məzmunun növünə əsasən ekranın ölçüsünü dəyişdirə bilərsini.
-
16:9 - 16:9 aspekt nisbətini göstərir.
- İlkin
- Optimal ekran nisbəti giriş təsviri siqnalından asılı olaraq dəyişir.
- Tam Geniş
-
Siz tam ekranda məzmuna baxa bilərsiniz.
Zəhmət olmasa, nəzərə alın ki, siqnal növündən asılı olaraq təsvir korlana bilər. -
4:3 - 4:3 aspekt nisbətini göstərir.
- Şaquli Miqyaslama
- Siz ekranın şaquli ölçüsünü tənzimləyə və Miqyasdəyişmə Nisbətini Tənzimləvə Ekranın Mövqeyini Tənzimlə funksiyalarından istifadə etməklə ekranı şaquli əyə bilərsiniz.
- 4-Ölçülü Yaxınlaşdırma
- Siz ekranın şaqul/üfüqi/diaqonali ölçüsünü tənzimləyə və Miqyasdəyişmə Nisbətini Tənzimləvə Ekranın Mövqeyini Tənzimlə funksiyalarından istifadə etməklə ekranı şaquli/üfüqi əyə bilərsiniz.
Konfiqurasiya edilə bilən elementlər modeldən asılı olaraq fərqlənir.
Kiçildərkən və ya böyüdərkən şəkil təhrif oluna bilər.
Orijinal ölçüdən fərqli ekran ölçüsü seçmək təsvirin fərqli görünməsinə səbəb ola bilər.
Şəkil formatı və ekran ölçüsünün birləşməsindən asılı olaraq, kənarlar gizlədilə və ya qara ilə göstərilə bilər və ya şəklin hər iki tərəfi titrəyə bilər.
Həmçinin yayım ekranında göstərilən elementi seçən zaman struktur düzgün sıralanmaya bilər.
Giriş siqnalından asılı olaraq, mövcud ekran ölçüləri fərqlənə bilər.
Sadəcə skanlayın ilə ekrana baxın
Şəkil
Nisbət
Sadəcə skanlayın
Əgər bu xüsusiyyəti Aktiv yandırsanız, siz yayım siqnalı və ya məzmun mənbəyində olan nisbətdə məzmuna baxa bilərsiniz.
Əgər ekranın kənarı təmiz deyilsə, lütfən, onu Qeyri-aktiv söndürün.
Əgər Avtomatik rejiminə təyin etsəniz, xüsusiyyət video siqnalında olan məlumatdan asılı olaraq, Aktiv və ya Qeyri-aktiv vəziyyəti arasında dəyişir.
Əgər Avtomatik rejiminə təyin etsəniz, xüsusiyyət video siqnalında olan məlumatdan asılı olaraq, Aktiv və ya Qeyri-aktiv vəziyyəti arasında dəyişir.
Seçilə bilən elementlər cari daxiletmədən asılı olaraq fərqlənə bilər.